“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağı 12 dekabr 2019-cu il saat 11:00-da cəmiyyətin Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, 93 saylı ünvanda yerləşən inzibati binasında keçiriləcəkdir.
Eləcə də bax:Tikintinin əsas məhsulunun - İSTEHSALI AZALIB
FED.az xəbər verir ki, yığıncaqda hesabat dövrü üçün cəmiyyətin fəaliyyətinin yekunlarının müzakirəsi və balansların təsdiqi (İdarə Heyətinin hesabatı); cəmiyyətin Maliyyə-Təftiş Komissiyasının hesabatı, əmiyyətin Müşahidə Şurasının yenidən seçilməsi, cəmiyyətin İdrarə Heyətinin tərkibində dəyişiklik edilməsi haqqında; cəmiyyətin yenidən təşkili ilə əlaqədar təkliflərin hazırlanması üçün işçi qrupunun yaradılması və təkliflərin səhmdarların növbəti ümumi yığıncağının müzakirəsinə çıxarılması; cəmiyyətin balansındakı mal-material qiymətlərinin inventarizasiyasının aparılması və balans dəyərinin dəqiqləşdirilməsi; digər məsələlər müzkirə olunacaq.