2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sement zavodları tərəfindən 2 milyon 539,3 min ton sement istehsal edilib
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən sementin istehsalı 1,2 faiz azalıb.
Eləcə də bax: Azərbaycanda böyük şirkət parçalanır – AÇIQLAMA
Azərbaycanda armatur istehsalı 7,9% azalaraq 224,6 min tona düşüb.
Ümumən, 2019-cu ilin yanvar-sentyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,2 faiz artaraq 580,5 milyon manat təşkil edib. Tikinti kərpicinin istehsalı 40,8 faiz, tikinti əhənginin istehsalı 51,8 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 22,1 faiz artıb, sementin istehsalı 1,2 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 57,4 faiz, tikinti gipsinin istehsalı 76,8 faiz azalıb.
Marja