Energetika obyektlərinin təmir-tikintisi ilə məşğul olan “Azenko” ASC 2020-ci ili 3 milyon 721 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 11 milyon 741 min manat xalis mənfəət ilə bağlamışdı.
Eləcə də bax: “Akkord”un törəmə şirkətinin kapitalı geri çəkildi - RƏHBƏRİ DƏYİŞDİ
FED.az xəbər verir ki, “Azenko” şirkətinin əsas gəlirləri 2020-ci ildə 2019-cu illə müqayisədə 16 milyon 183 min manat və ya 40% azalaraq 24 milyon 47 min manata düşüb. Şirkət 2019-cu ildə 40 milyon 231 min manat gəlir əldə etmişdi.
Ötən il gəlirlərin 40% azalmasına qarşılıq satışın maya dəyəri 6 milyon 11 min manat və ya 29% artaraq 26 milyon 600 min manata yüksəlib. 2019-cu ildə Azenko” şirkətinində satışın maya dəyəri 20 milyon 590 min manat təşkil etmişdi.
2019-cu illə müqayisədə 2020-ci ildə “Azenko” ASC-nin maliyyə gəlirləri 84 dəfə artaraq 814 min 875 manata yüksəlib, sair gəlirləri isə 27,5 dəfə azalaraq 4 milyon 837 min manata düşüb.
Şirkətin inzibati və digər əməliyyat xərcləri 21 dəfə azalaraq 6 milyon 733 min manat düşüb. 2019-cu ildə “Azenko”nun inzibati və digər əməliyyat xərcləri 139 milyon 862 min manat təşkil etmişdi.
“Azenko” ASC 2020-ci ilin sonunda 254 milyon 50 min manat cəmi aktivlərə malik olub. 2019-cu ilin sonunda şirkətin cəmi aktivləri 278 milyon 74 min manat təşkil etmişdi.(Marja)