“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin daha bir törəmə şirkətinin rəhbəri dəyişib.
Eləcə də bax: "Şahdağ Turizm Mərkəzi"nin rəhbəri - Dəyişib
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Akkord Kərpic” MMC-nin Baş direktoru Tapdıq Osmanov Qara oğlu vəzifəsindən azad edilib.
Onun yerinə, Rəvan Babayev Azad oğlu təyin edilib.
“Akkord Kərpic” MMC 2015-ci ildə yaradılıb və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biridir.
Bu şirkətə yaxın olan şirkətlərdən birinin də rəhbəri avqust ayında iki dəfə dəyişib. Belə ki, “Akkord Mərmər Qranit” MMC-nin avqustda yeni təyin edilmiş direktoru Səid Qardaşov Vahid oğlu istefa verib, onun yerinə İsmayıl Mənsimov Yusif oğlu təyin edilmişdi. Səid Qadaşova özü isə avqustun əvvəli bu vəzifədə Müşviq İbadov Mirzəxan oğlunu əvəzləmişdi.