“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bazasındakı məlumata görə, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 980 min 418 manat vergi borcu var. FED.az bunu Banker.az istinadən xəbər verir.
Eləcə də bax: Premium mənzil şirkətinin əmlakı vergi borcuna görə - HƏRRACA ÇIXARILIR
Bildirək ki, bu borclar barədə son məlumat 22 iyun 2020-ci il tarixinə qədər olandır.
Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır və qanuni təmsilçisi Bürhan Həmidovdur. Dərya Vəliyev isə şirkətin Müşahidə Şurasının sədridir.