2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ümumi sahəsi 1 milyon 349 min 574.8 kvadrat metr olan 10 282 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 14% və ya 1 664 ədəd azalıb. Belə ki, 2023-cü ilin müvafiq dövründə ölkədə ümumi sahəsi 1 milyon 397 min 930 kvadrat metr olan 11 946 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş bina evlərinin sayı 4 633 ədəd, fərdi yaşayış evlərinin sayı isə 7 313 ədəd təşkil edib.
Xatırladaq ki, bu mənzillərin 7313 ədədi əhali tərəfindən, 2469 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 2164 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib. (Apa)