İpoteka və Kredit Zəmanət Fondu (Fond) kirayə üsulu ilə satış (satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində) vətəndaşlara daha 399 yeni, tam təmirli mənzil təqdim edir.
Evlərin kirayə ilə satışında – Kirayə pulu ödəməyənlərlə bağlı – DƏYİŞİKLİK – FƏRMAN
FED.az xəbər verir ki, satışa çıxarılan mənzillərdən 147-si Abşeron rayonunun Məmmədli kəndi, Zabrat-Kürdəxanı şossesi ünvanında yerləşən kompleksdədir. Mənzillər 1 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 520 manatdan başlayır.
Daha 252 mənzil isə Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 376 manatdan başlayır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 28 iyun 2024-cü il tarixindən etibarən açıq olacaq.
Qeyd edək ki, Abşeron rayonunun Məmmədli kəndində yaşayış sahələrinin vətəndaşların seçiminə verilməsindən sonra kirayə üsulu ilə satışa çıxarılan komplekslərin sayı 14-ə çatdırılıb.
6 yaşayış kompleksi Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 2 yaşayış kompleksi isə Sumqayıt şəhərində yerləşir.
İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4700-ə yaxın vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Satışa çıxarılan mənzillərin siyahısı belədir: