Çinin telekommunikasiya və texnologiya şirkəti "Huawei"nin ilin yanvar-iyun dövrü üzrə maliyyə nəticələrinə əsasən, Çin şirkətinin gəlirləri 2024-cü ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz artaraq 417,5 milyard yuana (58,8 milyard dollar) təşkil edib.
“Apple” yeni “iPhone” təqdim edəcək - TARİX AÇIQLANDI
FED.az xəbər verir ki, Şirkətin xalis mənfəəti 17,8 faiz artaraq 54,9 milyard yuana (7,7 milyard dollar) çatıb.
Huawei ayrı-ayrı məhsul qruplarının satışı ilə bağlı heç bir məlumat verməsə də, Çin şirkətinin idarə heyətinin sədri Eric Xu şirkətin ilin ilk yarısında göstərdiyi performansın onun proqnozlarına uyğun olduğunu bildirib.
Huawei, 2023-cü ilin avqustunda Çində Mate 60 Pro seriyasının təqdimatından sonra ölkədəki smartfon bazarında birinci yeri tutub.
Çin hökuməti müstəqillik və rəqabət üçün xaricdən gələn texnologiyalardan daha çox yerli texnologiyanın inkişafı strategiyasını icra edir və Huawei bu strategiyada mərkəzi oyunçu kimi seçilir.
ABŞ-ın Çinə texnologiya ixracına, xüsusilə çiplərə məhdudiyyətlər qoyması səbəbindən Huawei-nin cihazları ölkədə istehsal olunan çiplərlə işləyir.
ABŞ sanksiyalarına Huawei-nin Google Android əməliyyat sisteminə çıxışının bloklanması da daxildir. Huawei daha sonra "Harmony OS" adlı öz mobil əməliyyat sistemini inkişaf etdirib. (Marja)