Amerikanın “Apple Inc.” şirkəti sentyabrın 10-a yeni “iPhone”, “ağıllı” saat və “AirPods” qulaqcıqların təqdimatını planlaşdırıb.
Bu ilin ən bahalı texnologiya şirkəti “Apple” olub
FED.az xəbər verir ki, şirkət bu tarixə hazırlıq aparır, yeni smartfonların satışını isə sentyabrın 20-də başlamaq niyyətindədir.
Agentliyin məlumatına görə, “Apple”, həmçinin üçüncü tərəf proqramları ilə uyğunluğu təmin etmək üçün M4 prosessorlu dörd yeni Mac modelinin testləşdirməni sürətləndirib. Adətən yeni Mac “iPhone”dan təxminən bir ay sonra buraxılır. (Azərtac)