Yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunmuş Rəşad Nəbiyev Nazirlikdə vəzifə tutan bir sıra şəxsləri işdən çıxarıb.
Eləcə də bax: Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi - SƏRƏNCAM
FED.az xəbər verir ki, məlumata görə, vəzifəsini itirənlərdən biri keçmiş nazir Ramin Quluzadənin müşaviri, həm də Nazirliyə məxsus "AzInTelekom" MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədovadır. O, bundan sonra yalnız adı çəkilən şirkətə rəhbərlik edəcək.
Bundan başqa, Nazirliyin aparat rəhbərinin müavini Zamin Nurəhmədov, keçmiş nazirin köməkçiləri Emin Məmmədov və Mələk Məmmədova da vəzifələrindən azad edilib. R.Quluzadənin hər iki köməkçisini özü ilə yeni iş yerinə (Prezidentin İşlər İdarəsinə) apardığı deyilir. (Report)