Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.
Eləcə də bax: "Mən Ramin Quluzadədən razıyam, o vəzifə borcunu şərəflə yerinə yetirirdi"
FED.az xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, R.Quluzadə bundan əvvəl Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb. O, bu gün dövlət başçısının sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.