"Apple" şirkətinin yeni təqdim etdiyi smartfonu olan iPhone 12 və iPhone 12 Pro-nun ilk araşdırmalarına başlanılıb.
FED.az xəbər verir ki, bu barədə "Verge" nəşri məlumat yayıb.
Eləcə də bax: «Apple» yeni «iPhone 12»lərı təqdim etdi – Xüsusiyyətlər, Qiymətlər, Fotolar
Araşdırmalar zaman modellərin zəif tərəfi qabarıq şəkildə özündə biruzə verib. Belə ki, iPhone 12 Pro smartfonları, xüsusilə 5G şəbəkələrinə qoşulduqda btarekası olduqca tez boşalır.
Bildirilir ki, smartfonu ekranı açıq vəziyyətdə 2 saat yarım istifadə etdikdən sonra şarjın yüzdə 18-i qalır.
"Engadget" portalının ekspertləri də eyni qənaətə gəliblər ki, iPhone 11-in batareya müddətinə alışmış insanlar bu yeni modeldəki göstəricidən xeyli narazı qalacaqlar. (Report)