“Xiaomi” yeni “Redmi Note 11 4G” smartfonunu təqdim edib. Yenilik bir çox xüsusiyyətlərinə görə “Redmi Note 11 5G” modelini təkrarlayır.
Eləcə də bax: “Apple”ın ardınca “Xiaomi” də smartfonlarını evdə təmir etməyə - İCAZƏ VERİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, verilən məlumata görə, smartfonun 4 GB operativ yaddaş və 128 GB daxili yaddaş versiyasının qiyməti cəmi 155 dollardır. Ondan üstün sayılan versiyanın (6 GB operativ yaddaş, 128 GB daxili yaddaş) qiyməti isə 170 dollardır.
“Redmi Note 11 4G” smartfonu 6.5 düymlük IPS ekran, barmaq izi texnologiyası, 8 MP arxa və 50, 8 və 2 MP ön kamera ilə təchiz edilib. Cihazın akkumulyatorunun həcmi 5000 mAh təşkil edir. Şirkət vurğulayır ki, yeniliyin satışları Çində dekabrın 1-dən başlayır.