Dünyanın ən bahalı smartfon istehsalçısı “Apple”ın ardınca “Xiaomi” də smartfonlarını evdə təmir etməyə icazə verib.
Eləcə də bax: “Apple” smartfonların evdə təmiri üçün - Avadanlıq Satışına Başlayır
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin Hindistandakı bölməsi məlumat verib. Yeni imkanın hələki yalnız Hindistanda əlçatan olacağı güman edilir.
“Apple” da “evdə təmir” proqramının ilkin olaraq yalnız ABŞ-da mövcud olacağını açıqlayıb. Verilən məlumata görə, gələcəkdə proqramın digər ölkələrdə də genişləndirilməsi planlaşdırılır.
“Apple” və “Xiaomi” ehtiyat hissələrinin neçəyə başa gələcəyi məlum deyil. Bu hər halda qadjet həvəskarları üçün yaxşı xəbərdir.