“Xiaomi” şirkəti yeni ucuz “Redmi Note 11T 5G” smartfonunu təqdim edib.
Eləcə də bax: “Xiaomi” yeni “Redmi Note 11 4G” smartfonunu təqdim edib – QİYMƏTİ $155
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, plastik korpusda hazırlanmış yenilik 6.6 düymlük IPS-displey, 16 MP-lik ön və 50 MP + 8 MP arxa kamera ilə təchiz edilib.
Smartfonun operativ yaddaşının həcmi konfiqurasiyadan asılı olaraq 4/6/8 GB, daxili yaddaşının həcmi isə 64 və ya 128 GB təşkil edir. Cihaz 5000 mAh tutumlu batareya alıb, eyni zamanda barmaq izi, Wi-Fi 6 və Bluetooth 5.1 təchiz edilib.
Hindistanda “Redmi Note 11T 5G” smartfonunun satışları bu gündən başlayır. Baza versiyanın qiyməti 226 dollar təşkil edir.