Xiaomi Çində dörd modeldən ibarət olan Redmi Note 12 smartfonlar seriyasının təqdimatını keçirib.
Eləcə də bax: “Samsung”lara şəxsi məlumatları bloklamaq funksiyası - ƏLAVƏ EDİLİB
FED.az xəbər verir ki, «Redmi Note 12»nin əsas modeli Full HD+ və 120 Hz yeniləmə tezliyi ilə 6,67 düymlük AMOLED ekran alıb.
«Redmi Note 12» smartfonu 48 MP əsas kamera və 2 MP dərinlik sensoru, həmçinin 8 MP ön sensorla təchiz edilib.
Xəttin köhnə modelləri - Redmi Note 12 Pro, 12 Pro + və Redmi Note 12 Discovery Edition da bəzi fərqlərlə əsasən eyni xüsusiyyətlərə malikdir.
Bütün modellərdə ekran Full HD+ təsvir ölçüsünə və 120 Hz tezliyə malik 6,67 düymlük OLED olacaq.
MedaiTek-dən olan Dimenstiry 1080 çipi yeni məhsulların performansına cavabdehdir.
Redmi Note 12 Pro-da 50MP Sony IMX766 əsas kamera, Pro+ və Discovery Edition isə yeni 200MP Samsung ISOCELL HPX sensoru təklif edir. Əlavə olaraq 8 və 2 meqapiksellik kameralar da istifadə ediləcək.
Selfie kameraları bütün hallarda 16 meqapiksel olacaq.
Redmi Note 12 Pro və 12 Pro + müvafiq olaraq 67 və 120 sürətli doldurma gücü ilə 5000 mAh batareyalar aldı. Discovery Edition modeli 4300 mAh batareya təklif edir, lakin 210 Vt doldurma dəstəyi ilə batareyanı cəmi doqquz dəqiqəyə doldurmağa imkan verir.
Xiaomi Redmi Note 12-ni 170 dollar və yuxarı, Redmi Note 12 Pro və Pro + 235-300 dollar qiymətinə satışa çıxarılacaq. Discovery Edition isə 331 dollar olacaq.