Koreyanın “Samsung” şirkəti yeni “Maintenance Mode” (xidmət rejimi) funksiyasını təqdim edib, onun köməyi ilə smartfon təmirə təhvil verildikdə istifadəçinin məxfi məlumatlarına girişi bloklamaq mümkün olacaq. Qeyd edildiyi kimi, yenilik ilk dəfə “Samsung S22”-də görünəcək, daha sonra digər smartfon modellərinə də yeridiləcək.
Eləcə də bax: «Apple» şirkəti bəzi məhsullarının - QİYMƏTİNİ ARTIRDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, xidmət rejimi aktiv olduqda, avtomatik olaraq istifadəçinin şəxsi məlumatlarına girişin qarşısını alan yeni hesab yaradılacaq. Yeni funksiya mesajlara, kontaktlara, fotoşəkillərə və quraşdırılmış proqramlara girişi bloklayacaq.
İyulda yeni funksiya Cənubi Koreyada, Sentyabrda isə Çində sınaqdan keçirilib. 2023-cü il ərzində “Samsung” daha çox smartfonda texniki xidmət rejimini işə salmağı planlaşdırır.