Mi 11 – Snapdragon 888 prosessoru ilə təchiz edilmiş ilk smartfondur. “Xiaomi” onu 2020-ci ilin sonunda Çində təqdim etmişdir, indi isə qlobal bazarların tədarükünə başlayır.
Eləcə də bax: “Şəlalə ekranlı” yeni smartfon təqdim edildi – Video
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Cihazın operativ yaddaşı 8 Gb, daxili yaddaşı 128 Gb və ya 256 Gb, 5G texnologiyası və 4600 mAh tutumlu batareya ilə təchiz edilib.
Mi 11 smartfonunun üç kamerası var: əsas kamera (108 MP), genişbucaqlı kamera (13 MP) və telemakroobyektiv (5MP). Bundan əlavə, smartfonda 6.8 düymlük Amoled ekranı var.
“Xiaomi” satış tarixlərini hələ açıqlamasa da, qiymətlər artıq məlumdur:
Mi 11 (128 Gb) – 749 avro
Mi 11 (256 Gb) – 799 avro.
Satışlar 2021-ci ilin fevralında başlayacaq.