Çinin texnologiya nəhəngi olan “Xiaomi” çərçivəsiz və ya “şəlalə ekranlı” yeni smartfon modelini təqdim edib.
Eləcə də bax: Snapdragon 888-ə sahib ilk smartfon: "Xiaomi Mi 11" təqdim olunub – QİYMƏTİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Vc.ru” məlumat yayıb.
Onun əsas fərqləndirici xüsusiyyəti fiziki düymələrin və portların olmamasıdır. İstehsalçı simsiz şarj cihazlarının, sensorların və elektron SIM-kartların inkişafı ilə çərçivəsiz smartfonlara tələbatın artacağına inanır.
Cihaz şirkət daxilində artıq buraxılıb və istifadəyə verilib. Buna baxmayaraq, verilən məlumata görə, bu smartfon heç vaxt işıq üzü görməyə bilər.
Xatırladaq ki, 2019-cu ildə “Xiaomi” korpusu “bükən” ekranlı smartfon təqdim etmişdir. O, 108 MP kamera, Qualcomm Snapdragon 855+ prosessoru, 4050 mAs həcmli akkumulyator ilə təchiz edilib.