“X” sosial şəbəkəsi bütün istifadəçilərə audio və video zəng funksiyalarından istifadə imkanı verib.
Maskdan banklara həmlə: «Daha bank hesabına ehtiyacınız olmayacaq» - «X» bank xidmətinə başlayır
FED.az xəbər verir ki, bu barədə “Xnews”un hesabında xəbər verilib.
"Audio və video zənglər artıq "X"də hər kəs üçün əlçatandır! İlk olaraq kimə zəng edəcəksiniz?" - mətndə deyilir.
Sahibkar İlon Mask 9 may 2023-cü ildə sosial şəbəkədəki səhifəsində yazmışdı ki, tezliklə bu platformanın hər bir istifadəçisi üçün səsli və video söhbət olacaq, onun sayəsində istifadəçilər telefon nömrələrini bir-birinə vermədən dünyanın hər yerindən insanlarla söhbət edə biləcəklər".
Bu xüsusiyyət ilk dəfə keçən ilin oktyabrında ortaya çıxdı, ancaq yalnız premium hesab sahibləri üçün mövcud idi. (Report)