Dünyanın ən populyar mobil mesajlaşma xidmətlərindən biri olan votsapın istifadəçilərinin məlumatları artıq “Facebook”la paylaşılacaq.
Eləcə də bax: 24 saatda 1 milyon dəfədən çox yükləndi, Türkiyə şirkətinin - Səhmləri Bahalaşdı
FED.az xəbər verir ki, bununla bağlı müvafiq tələb votsap tətbiqində yayımlanan yenilənmiş istifadəçi müqaviləsində bildirilib.
Müqavilədə bildirilir ki, “Facebook” korporasiyasının bir hissəsi olan votsap bundan sonra istifadəçi məlumatlarını “Facebook”a məxsus digər tətbiqlərlə paylaşacaq. Bunun istifadəçilərin vərdişlərini və zövqlərini analiz etmək məqsədilə edildiyi bildirilib.
Bu xəbərdən sonra Pavel Durov votsap istifadəçilərinin qurucusu olduğu “Telegram” messencerinə kütləvi axın etdiyini bildirib.
Bununla mesajlaşma xidməti istifadəçilərə ən uyğun məzmunu və özəlləşdirilmiş xidmətləri təqdim edəcək. votsapın toplamaq niyyətində olduğu məlumatlar arasında coğrafi yerləşmə və “Facebook”a məxsus proqramların quraşdırılması və silinməsi barədə məlumatlar yer alır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da gizlilik siyasətindəki dəyişiklik səbəbindən votsap messencerindən imtina edib. Bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.
Təhlükəsizlik məsələləri səbəbindən Türkiyə Prezident Administrasiyasının əvvəllər votsapda yaradılan qruplarını “Turkcell” şirkətinə məxsus BiP mesajlaşma tətbiqetməsinə köçürəcəyi bildirilib. Ərdoğanın ofisi də açıqlamasında jurnalistləri BiP-yə keçməyə çağırıb.
Yenilənmiş “Məxfilik Siyasəti” ilə əlaqəli çoxsaylı tənqidlərə tuş gələn votsap açıqlama verərək məsələyə aydınlıq gətirib.
Votsapın insanların tətbiqetmə üzərində alış-veriş etməsini və müəssisələrdən dəstək almasını asanlaşdırmaq istədiyi bildirilən açıqlamada aşağıdakılar qeyd edilib:
“Şəffaflığı daha da artırmaq və müəssisələrin votsap üzərindən müştəriləri ilə ünsiyyət qurmasına kömək etmək üçün gizlilik siyasətimizi yeniləyirik. Bu, müəssisələrin ana şirkətimiz “Facebook” vasitəsilə təhlükəsiz hosting alma imkanı qazanmasına imkan verəcək. Bu yeniləmə “WhatsApp”ın “Facebook” ilə məlumat paylaşımını dəyişdirmir. İndi istifadəçilərimizlə növbəti ay ərzində nəzərdən keçirmək üçün yeni siyasətimizi “WhatsApp” vasitəsilə paylaşırıq. “WhatsApp”da dostlarınız və ailənizlə etdiyiniz söhbətlər və mesajlar ikitərəfli şifrələmə ilə qorunur. İkitərəfli şifrələmə, səs qeydinin, video və ya mesajın yalnız siz və söhbət etdiyiniz şəxs tərəfindən oxunduğunu, dinlənildiyini təmin edir. Üçüncü şəxslər, hətta “WhatsApp” və ya “Facebook” belə bu məzmunu görə bilməzlər”.
Qeyd edək ki, bu “WhatsApp” “Facebook”a fərdi məlumatların göndərilməsi barədə istifadəçiləri ilk dəfə xəbərdar etmir. 2016-cı ildə oxşar addım spamla mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə atılmışdı.