Məşhur mesajlaşma tətbiqi WhatsAppın yenilənmiş məxfilik şərtini tətbiq edəcəyini açıqlamasının ardından istifadəçilərin reaksiyası böyüyür.
Eləcə də bax: “Adi istifadəçinin yazışmaları heç kimə lazım deyil”
FED.az xəbər verir ki, mübahisəli dəyişikliyə görə, 2 milyardı aşan WhatsApp istifadəçisinin məlumatları, Facebook-un digər şirkətlərinin reklam və satışa sahəsinə açıq olacaq. Bəzi ölkələrdəki istifadəçilərin WhatsApp-ı istifadə etməyə davam etmələri üçün 8 Fevrala qədər bu yeni şərtləri qəbul etməsi lazımdır. Qəbul etməyənlər WhatsApp istifadə edə bilməyəcəklər.
WhatsAppın saytındakı məlumatlara görə, tətbiqin istifadəçilərindən toplanan məlumatlar arasında; hesab məlumatları, mesajlar, əlaqələr, vəziyyət məlumatı, və ödəmə məlumatları, müştəri dəstəyi və digər ünsiyyətlər, istifadə və qeyd məlumatları, cihaz və əlaqə məlumatları, mövqe məlumatları, çərəzlər, üçüncü tərəfdən təmin edilən məlumatlar yer alır.
WhatsAppın açıqlamasından sonra Telegram və Signal kimi tətbiqləri endirənlər artıb.
Türkiyədə Turkcell şirkətinə məxsus BiP proqramı daha çox endirilib. Bununla əlaqədar olaraq Turkcell şirkətinin səhmləri bahalaşıb və günə 2,4% artımla başlayıb.
BiP ilə mətn mesajlaşması, səsli və görüntülü danışıq, sənəd göndərib-qəbul etmək və bir çox əməliyyat mümkündür.
BiP tətbiqini 24 saat ərzində 1 milyon 124 min yeni istifadəçi yüksəlyib. (Marja)