“WhatsApp” “Apple” istifadəçiləri üçün yeni mühafizə sistemi tətbiq edib.
FED.az-ın məlumatına görə, İOS üçün yeni buraxılan paket “Touch İD” və ya “Face İD” vasitəsilə mesenceri açmaq imkanını verir.
ELƏCƏ DƏ BAX: Azərbaycanda internetlə alış-veriş edən uşaqlar artıb - RƏQƏMLƏR
Beləliklə, hətta başqasının telefonuna girməklə də “WhatsApp”a daxil olmaq mümkün olmayacaq.
Bunun üçün yeni mesencer versiyasının izahatında göstərildiyi kimi, “Parametrlər” – “Qeydiyyat” – “Məxfilik” komandaları verib ekranı blok düyməsini basmaq lazımdır.
Sözügedən mühafizə sistemi istənilən vaxt işə salına və söndürülə bilər.
“WhatsApp”dan “Apple” istifadəçiləri üçün - YENİLİK
20:41
4 Fev 2019