”Kaspersky Lab” şirkəti müəyyən edib ki, Yeni il bayramı tətilində Azərbaycanda uşaqlar aktiv olaraq vaxtlarını internetdə musiqiyə qulaq asaraq və kino və videoçarxlara baxaraq keçiriblər. FED.az xəbər verir ki, şirkətin anonim statistikasına* əsasən, dekabrın sonunda – yanvarın əvvəlində Azərbaycanda multimedia məzmunlu saytların payına uşaqların internetdə bütün fəallıqlarının 46%-i düşüb. Axtarış sorğularının qəti lideri “YouTube” olaraq qalıb. Striminq xidmətlərindən isə gənc istifadəçilər “Spotify” və “Netflix”ə üstünlük veriblər.
Eyni vaxtda böyüyən nəslin internet-kommunikasiyalarına olan marağı da dəyişməz olaraq yüksək qalır. “Kaspersky Lab”ın məlumatına görə, Azərbaycanda sosial şəbəkələrin və messencerlərin uşaqların ümumi şəbəkədə aktivliyindəki payı 23% təşkil edib. Gənc istifadəçilər arasında ən populyar sosial şəbəkə “Facebook” olaraq qalmaqdadır.
Şəbəkədə multimedia əyləncələri və ünsiyyətdən başqa uşaqlar kompüter oyunlarına da çox vaxt ayırıblar. “Kaspersky Lab”ın mütəxəssislərinin hesablamalarına görə, sözügedən dövr ərzində Azərbaycanda uşaqların şəbəkədəki aktivliyində bu kateqoriyanın payı təxminən 10% təşkil edib.
Bir qədər az, lakin nəzərə çarpacaq dərəcədə fəallıqla uşaqlar onlayn alış-verişlə məşğul olublar – elektron ticarət saytlarının payına uşaqların internetdə aktivliklərinin 5%-i düşüb. Axtarış sorğuları onu da göstərib ki, hesabat dövründə uşaqlar internetdə elektronika dükanlarını (məsələn, Maxi.az) və universal alış-veriş saytlarını da fəal arayıb (əsasən, “AliExpress”). Bununla yanaşı uşaqlar Tap.az pulsuz elanlar saytını da fəal olaraq sorğulayıb. İngilis dilində daxil edilən axtarış sorğuları arasında isə “Amazon” və “eBay” kimi nəhəng onlayn-riteylerlər lider mövqedə olub.
Eyni zamanda qış tətili ərzində uşaqlar tərəfindən arzuolunmaz saytlara, əsasən də pornoqrafiya məzmunlu resurslara 6%-lik daxilolma cəhdi qeydə alınıb. Müqayisə üçün: Azərbaycanda qış tətilində gənc istifadəçilərin daxil olduqları saytların 4%-i xəbər saytları olub.
“Kaspersky Lab” şirkətinin məzmun analizi üzrə eksperti Anna Larkina deyib: “Müasir uşaqlar özlərini internetdə təbii və sərbəst hiss edirlər – bu, onlar üçün real aləm kimi gerçəkdir. Bu səbəbdən onların şəbəkədə çox vaxt keçirmələri və istədiklərini etmələri heç də təəccüblü deyil – ünsiyyət qurmaq, musiqiyə qulaq asmaq, alış-veriş etmək. Buna görə valideynlər və ya digər böyüklər, məsələn, müəllimlər, uşaqları internetdə müxtəlif təhlükələrdən müdafiəyə diqqətlə yanaşmalıdırlar. Lakin yalnız müdafiə həllinin quraşdırılması ilə problemi aradan qaldırmaq mümkün deyil. Əlbəttə, texnologiyalar uşağı bir çox kibertəhdiddən müdafiə edəcək. Amma uşaqlara internetdə təhlükəsiz davranmağı, təhlükələri müəyyənləşdirməyi və onlardan yan keçməyi öyrətmək olduqca vacibdir. Uşaqların internetdə nəyin axtardıqlarını və onların hansı məzmunla rastlaşdığını dərk etmək bu məsələdə kömək edəcək”.
Uşaqlar üçün interneti həqiqətən təhlükəsiz etməkdə “Kaspersky Safe Kids” kömək edə bilər. “Kaspersky Lab”ın bu məhsulu bir çox aktual kibertəhdidləri tanıyır və blok edir – arzuolunmaz məzmunun filtrasiyasından potensial təhlükə yaradan yad adamlarla onlayn əlaqə yaratmağın qarşısının alınmasınadək. Bundan başqa, sözügedən həllin köməyi ilə valideynlər uşağın hansı məzmunla paylaşdığını, onların dostlar siyahısındakı dəyişiklikləri, həmçinin, real vaxt rejimində uşağın harada olması barədə xəbərdar ola biləcəklər.
Məlumatlar “Kaspersky Lab”ın uşaqların onlayn-təhlükəsizliyi üçün proqram təminatının müdafiə komponentlərinin anonim statistikasına əsaslanır. Azərbaycan üzrə təqdim olunmuş bütün göstəricilər 2018-ci ilin dekabrın 22-dən 2019-cu ilin yanvarın 4-dək əldə edilib.