Məşhur WhatsApp messencerinin istifadəçiləri Android sistemindəki cihazların batareyasının avtonom iş vaxtının kəskin şəkildə azaldığından şikayət etməyə başlayıblar.
FED.az xəbər verir ki, bu dəyişikliklər əlavənin yeni versiyasına qədər yenilənmə anından etibarən baş verib. Kütləvi şikayətlər OnePlus, Galaxy S10e, Galaxy S9, Google Pixel 3 və ya Pixel 4 kimi cihazların sahiblərindən gəlir. Fon rejimində işləyərkən belə enerji səviyyəsi 79-dan 19 faizədək azalıb. Bir sıra digər smartfon istifadəçiləri də batareyanın fəaliyyətindəki bu dəyişiklikləri təsdiqləyiblər.
Eləcə də bax: Whatsapp messencerinin - KOMPUTER VERSİYASI HAZIRLANIR
Telefonu əvvəlki rejimə geri qaytarmaq üçün quraşdırma faylını cihaza yükləyərək əvvəlki 2.19.291 əl ilə yeniləmə paketinin quraşdırılmasını həyata keçirmək lazımdır. Hələ ki, messencerin yaradıcıları bu şikayətləri şərh etmirlər.
TED