Hal hazırda personal kompüterdə Whatsapp messencerindən istifadə etmək üçün bu messencerin veb versiyası ilə mobil versiyası arasında sinxronlaşdırmanı reallaşdırmaq lazımdır. Lakin bu halda smartfon sönülü olarsa, messencerin veb versiyası vasitəsilə mesaj göndərmək mümkün olmayacaq. Görünür, bu vəziyyət yaxın zamanda dəyişəcək.
Belə ki, WABetaInfo saytının verdiyi məlumata əsasən məşhur messencerin tərtibatçıları Whatsapp-dakı istifadəçi hesabının həm smartfonda həm də kompüterdə ayrı-ayrılıqda istifadəsi özəlliyini test edir. Bu barədə FED.az Banker.az-a istinadən xəbər verir. Bu fuksiya messencerin Windows üçün olacaq versiyasında dəstəklənəcək. Başqa sözlə desək, tərtibatçılar Whatsapp-ın kompüter versiyasını hazırlayırlar. Bəzi məlumatlara əsasən messencerin bu versiyası ilin sonuna kimi təqdim olunacaq. Lakin messencerin iPadversiyası gecikir.