İKT

“WhatsApp” bir sıra smartfonlarda - İşləməyəcək

“WhatsApp” bir sıra smartfonlarda - İşləməyəcək | FED.az
09:47 9 Mart 2021

“WhatsApp” messenceri köhnə “iPhone” modelləridə işləməyəcək.

Eləcə də bax: "Tvitter"də - Yeni Funksiya

FED.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Dəyişiklik proqramın iOS üçün son beta-versiyasında ortaya çıxıb. Belə ki, beta-versiyada iOS 9 və daha aşağı versiyalarda işləyən cihazlar üçün dəstək xidməti yoxa çıxıb. “WhatsApp”ın rəsmi resurslarında bu barədə hələlik bir məlumat yoxdur.

Hazırda messencerin “iPhone” üçün əməliyyat sistemlərinin rəsmi siyahısına iOS 9 və ya daha yeni versiyalar daxildir.

Qeyd edək ki, 1 yanvar 2021-ci ildən etibarən “WhatsApp” messenceri əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dən yuxarı versiyalara yenilənməyən bir sıra cihazlarda işini dayandırıb. (Apa)

Banner
Banner

Digər xəbərlər