İKT

"Tvitter"də - Yeni Funksiya

"Tvitter"də  - Yeni Funksiya | FED.az
09:36 6 Mart 2021

Paylaşımı sonradan düzəltmə xüsusiyyəti əksər sosial media platformalarında mövcud olsa da, Tvitterdə yoxdur. İstifadəçilər bu barədə dəfələrlə etiraz etsələr də, nəticəsiz qalıb.

Eləcə də bax: “WhatsApp”da yeni funksiya - Olacaq

FED.az Banker.az-a istinadən xəbər verir ki, platforma “tviti geri al” xüsusiyyətini təqdim edəcək. İddialara görə, yenilik hazırda sınaq mərhələsindədir. Şirkət isə hələlik bu xüsusiyyəti aktivləşdirəcəyi barədə dəqiq  məlumat verməyib.

Buna baxmayaraq, mütəxəssis Jane Manchun Wong Tvitterin yeni xüsusiyyətinin necə işlədiyini paylaşdığı videoda yayımlayıb. Videoda “Tviti geri al” xüsusiyyətinin göndərildiyi zaman bildiriş olaraq görünəcəyi qeyd edilir. Ekranda bir neçə saniyə görünən bildiriş pəncərəsi geri sayım taymeri ilə müşayiət olunur.

Paylaşılan tviti geri qaytarmaq istədikdə  taymer bitmədən ekranda “Geri al” düyməsini vurmaq lazımdır. Lakin, taymer qısa olduğu üçün sürətli hərəkət mütləqdir. Taymer bitmədən “Geri Al” düyməsini basa bilsəniz, göndərdiyiniz tvit heç kim görmədən silinəcək.

Banner
Banner

Digər xəbərlər