Azərbaycanda mobil telefonların pərakəndə satış qiyməti noyabrda ortalama 268.80 manat olub.
Eləcə də bax: Yeni model mobil telefonlar çıxdıqca - Azərbaycanın Xərclərini Artırır
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu ölkə ərazisində oktyabrda orta statistik olaraq 270.63 manat idi. Bununla da noyabrda qiymətlərin 0.68% ucuzlaşması deməkdir.
Azərbaycanda 2019-cu ilin sonlarında mobil telefonların qiyməti 248-249 manat olsa da, yanvarın 1-dən başlayaraq 10.6% bahalaşmışdı. Yanvar ayında ortalama bir mobil telefonun qiyməti 274.64, fevralda isə 274.64 manata qədər yüksəlmişdi.
COVID-19-un nəticəsində ölkədə “lockdown”ların olması müddətindən başlayaraq mobil telefonlar iyul ayına qədər ucuzlaşmışdı.
Bildirək ki, Azərbaycana xaricdən yanvar-oktyabr ayı ərzində 1 milyon 289.45 min ədəd mobil telefon gətirilib. Bu telefonlara görə, ölkəmizdən xaricə 167.87 mln. dollar xərc çəkilib. Yəni, bir telefon üzrə alış qiyməti orta statistik 130.2 dollar, yəni, milli valyuta ilə ifadədə 221 manat təşkil edir.