Azərbaycan 2020-ci ilin ilk üç rübü ərzində ölkəyə gətirdiyi mobil telefonların sayını öncəki ili üstələyib.
Eləcə də bax: Azərbaycana mobil telefonların idxalı avqustda - Kəskin Artıb
FED.az Banker.az-a istinadən bildirir ki, Azərbaycana xaricdən gətirilən bu məhsullara 2019-cu ildən daha baha oturur.
İlin ilk üç rübü ərzində Azərbaycana xaricdən 1 110 min (1.11 mln) ədəd simsiz mobil telefonlar idxal edilib. Bu simsiz rabitə vasitəsinə görə ilin ilk 9 ayı ərzində $148.18 mln həcmində valyutanın xaricə axması deməkdir.
Orta statistik göstəricidə 2019-cu ildə hər bir telefon $118.49 olub, 2020-ci ildə isə bu rəqəm $133.44-ə yüksəlib.
Ötən ilin müvafiq dövründə Azərbaycana 94.54 min ədəd mobil telefon $112.02 mln. idxal dəyərinə başa gəlmişdi.
Lakin, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin sentyabrında ortastatistik olaraq bir mobil telefonun qiyməti 271.35 manat olub. Bu isə ilin əvvəlində 274.64 manat idi.
Builki mobil telefonların öncəki ildəkilərdən funksiya və keyfiyyət baxımdan daha təkminləşdirlməsi səbəbindən şirkətlər tərəfindən qiymətləri müəyyən edib, artırırlar. Qiymət artımına əsas səbəb isə budur.