Bənzər suallar bu əfsanəvi marka ilə tanış olan hər kəsi maraqlandırır. 1998-ci ildə İngiltərədə “Nokia”nın törəmə şirkəti olaraq qurulan “Vertu” lüks mobil telefon bazarında ən qabaqcıl şirkətdir. Şirkətin baş ofisi Çörç Krukhamda yerləşsə də, Moskva, Paris, Nyu York, Beverli Hills, Sinqapur, Frankfurt və Honkonqda da ofisləri var. “Vertu” sözü fransız dilində fəzilət, ləyaqət mənalarını verir.
Dünyada ən bahalı telefonlar, xüsusi olaraq “Vertu” markası altında istehsal olunur. Bu vaxta qədər şirkət tərəfindən buraxılan ən bahalı model, 217 000 avro dəyərində olan “Boucheron Cobra”dır. Beləliklə, bir Vertu telefonunun nəyə görə bu qədər bahalı olduğunu başa düşmək üçün FED.az TED.az-a istinadən telefon haqqında bütün xırdalıqları sizə təqdim edir:
Eləcə də bax: Vertu yeni smartfonunu təqdim edib – 5-14 MİN DOLLAR
Vertu – lüks telefon bazarının qurucusu
Müasir dünyada fərdilik çox böyük əhəmiyyət kəsb edir və hər kəs onu öz qaydalarına görə ifadə etməyə çalışır. Kimsə geyim və görünüşdə qeyri-standartlığa üstünlük verirsə, digərləri bahalı və eksklüziv aksessuarları ilə bunu nümayiş etdirir.
Eləcə də bax: Azərbaycana 83,5 mln. dollarlıq - MOBİL TELEFON GƏTİRİLİB
Bu gün “Vertu” lüks həyat, maddi rifah və rəqibsiz üslubun meyarı olaraq qəbul edilir. Bu marka adi ünsiyyət vasitəsini lüks əşyaya, zərgərliyə çevirib. “Vertu” telefonunu satın almaqla siz bir növ "gizli imtiyazlı cəmiyyətə" giriş bileti almış olursunuz.
“Vertu” ilk dəfə olaraq, cihazlarını yaratmaq üçün eksklüziv və bahalı materiallardan istifadə edir. Telefonlar titan ərintilərindən, cilalanmış poladdan, fərdi elementləri isə qızıldan və titandan hazırlanır. Örtük üçün dana dərisi, timsah və ilan dəriləri kimi bahalı materiallardan istifadə olunur. Yeni bir unikal məhsula olan yüksək maraq digər məşhur markaların ortaya çıxmasına səbəb oldu. “Vertu”dan sonra bir çox şirkətlər eksklüziv məhsullarını yaratmağa başladılar. “iPhone Princess Plus”, “BlackDiamond VIPN Smartphone”, “Gresso Luxor Las Vegas Jackpot”, “Diamond Crypto Smartphone”, “GoldVish Le Million” kimi modellərin ortaya çıxması ilə lüks telefonların müasir bazarı əmələ gəldi.
Bütün Vertu telefonları əl ilə yığılmışdır
“Vertu” nəfis və xarizmatik bir xüsusiyyətə sahib, eksklüziv məhsul yaradan əfsanəvi status qazanıb. İctimai şüurda müəyyən stereotipləri formalaşdıraraq güclənən şirkət, telefonlarının yüksək qiymətini məhz bununla əsaslandırır.
Vertu telefonlarının ən əsas xüsusiyyəti istehsal etdiyi telefonların əl işi olmasıdır. İngiltərənin kiçik bir şəhərində “Vertu” fabriki var, komponentlər və hissələr Çin, Fransa və Almaniyadan gəlir, hər bir hissə əl ilə cilalanır və işlənir. Daha sonra həmin fabrikdə hissələr birləşdirilir. “Vertu”nun istehsal etdiyi telefonların içərisində, onun hazırlanmasında əməyi olan sənətkarın imzası həkk olunur. Hazır məhsul güc və davamlılıq üçün çox sınaqdan keçir.
“Vertu” insanların beynində İngilis istehsalı haqda ən möhtəşəm təsəvvürlər yaratdı.
Vertunun eksklüziv xidmətləri
“Vertu”nu dəyərli edən ən vacib amillərdən birincisi, istifadəçilərin bu cihazla aparılan danışıqları dinləməyin mümkün olmadığına inanmasıdır. Marka haqqında belə bir əfsanə mövcuddur ki, bu telefonlara dinləmə aparatı quraşdırmaq mümkün deyil. Məhz buna görə əksər siyasi xadimlər, yüksək statuslu insanlar “Vertu”nu seçir. Lakin dinləmə proqramları üzrə mütəxəssislər bildiriblər ki, proqramlarımızın quraşdırılması üçün telefonun qiyməti və markası heç bir rol oynamır. Yalnız telefona quraşdırılan platformanın növü bu prosesə təsir edə bilər.
“Vertu”nun təkrarolunmaz tərzinin vacib elementi, standart funksiyalar dəsti ilə birlikdə quraşdırılmış unikal xidmətləridir. Markanın vizit kartı “Concierge” xidmətidir. Şəxsi köməkçi rolunu oynayan bu xidmət, sizə gecə-gündüz istənilən problemlərin həllində kömək edəcək. Qeyd edək ki, bu möhtəşəm xidmətin istifadə dəyəri çox yüksəkdir.
Markanın nəhəng görüntü komponenti, cihazın qiymətinə təsir edir. “Vertu” telefonlarının əsas məqsədi, sahibinin yüksək statusuna və rifahına parlaq bir damğa vurmaqdır. Bütün bu xüsusiyyətlər telefonun dəyərini xeyli artırır. Orijinal “Vertu” üçün orta qiymət təxminən 7900 dollar təşkil edir. Eksklüziv xidmətlər və müştəri xidmətləri üçün isə ayrıca ödəniş edilir.
Bir sözlə, “Vertu” almaqla siz üslubunuzun unikallığına və statusunuzun əlçatmazlığına sərmayə qoymuş olursunuz.