İKT

Azərbaycana 83,5 mln. dollarlıq - MOBİL TELEFON GƏTİRİLİB

Azərbaycana 83,5 mln. dollarlıq - MOBİL TELEFON GƏTİRİLİB | FED.az
15:47 16 Sen 2019

Bu ilin yanvar-iyul ayında Azərbaycana 716 013 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Komitənin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların idxalı 68% artıb.

Cari ilin ilk yeddi ayı ərzində idxal olunan məhsulların dəyəri 83 497,5 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.

Apa

Digər xəbərlər

Banner