“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask bir neçə gün əvvəl satın aldığı “Twitter” mikrobloqunun gəlirlərinin kəskin azaldığını açıqlayıb.
Eləcə də bax: İlon Mask «Twitter»də istirahət günlərini ləğv edir – BU GÜNDƏN İXTİSAR BAŞLAYIR
FED.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında məlumat yayıb.
Mask aktivist qrupları reklamçılara təzyiq edərək şirkətin gəlirlərini azaltmaqda ittiham edib.
“Onlar (aktivist qruplar – red.) Amerikada söz azadlığını məhv etməyə çalışırlar”, – deyə Mask bildirib.
ABŞ mətbuatı yazır ki, amerikalı milyarderin “Twitter”i 44 milyard dollara satın almasından sonra bəzi məşhur şirkətlər “Twitter”də reklam üçün ayırdıqları vəsaitin həcmini azaldıblar.
Mask şirkəti satın aldıqdan sonra “Twitter”ə ayrılan vəsaitləri azaldan şirkətlər arasında “General Motors”, “General Mills”, Audi, IPG, “Mondelez International”, “Pfizer” və “Volkswagen” kimi nəhəng korporasiyalar var. (Modern.az)