«Tesla» və «SpaceX» şirkətlərinin, bir neçə gün əvvəldən isə həm də «Tvitter» şirkətinin CEO-su Elon Musk «Twitter» işçiləri üçün əlavə istirahət günlərini ləğv edir.
Eləcə də bax: Elon Musk “Twitter”in işçilərinin yarısını ixtisar edəcək
FED.az xəbər veri ki, Bloomberg-in məlumatına görə, iş adamı şirkətdə məsafədən işləmək qaydasını da ləğv etməyi və ixtisar edilməyən işçiləri ofisə qaytarmaq niyyətindədir.
Qeyd edək ki, COVID-19 pandemiyası zamanı şirkət əməkdaşları üçün əlavə aylıq istirahət günü tətbiq etmişdi.
Noyabrın 4-dən Tvitterdə elan edilən ixtisarlar da başlayıb. İxtisarlar şirkətdəki 7,5 min işçinin 3,7 min nəfərini əhatə edəcək. Artıq bununla bağlı əməkdaşlara məktublar göndərilib.