“Twitter” işçilərinin 50%-ni, moderatorlar ştatının isə 15%-ni ixtisar edib, bunu şirkətin təhlükəsizlik və etika prinsiplərinə riayət şöbəsinin rəhbəri Yoel Rot deyib. Bildirilir ki, kütləvi ixtisarlar ən az dezinformasiya ilə mübarizə şöbəsinə təsir edib.
Eləcə də bax: İlon Mask «Twitter»də istirahət günlərini ləğv edir – BU GÜNDƏN İXTİSAR BAŞLAYIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Insider”in vurğuladığı kimi, işçilər ixtisarlar haqqında “Twitter-dəki rolunuz” başlığı ilə göndərilən elektron məktubdan öyrəniblər. Bununla yanaşı, şirkətin bütün ofisləri müvəqqəti bağlanıb.
İlon Mask “Twitter”i 2022-ci ilin oktyabr ayının sonunda alıb. O, demək olar ki, dərhal şirkətin beş top-menecerini, baş və maliyyə direktorunu işdən çıxarıb.