İlon Maskın Twitter-i aldığı gündən etibarən giriş problemləri, müxtəlif dəyişikliklər və yeni qaydalar istifadəçiləri fərqli platformalara yönəlməsinə səbəb olub.
İlon Mask «Tvitter»də qaydaları 1 gündə 2 dəfə dəyişdi – YENİ LİMİTLƏR QOYULDU
FED.az xəbər verir ki, həftəsonu Twitter istifadəçiləri, Maskın oxuna biləcək tvitlərin sayına məhdudiyyət tətbiq olduğunu bildirməsindən sonra xidmət almaqda problemlər ilə üzləşmişdilər.
Keçmiş Twitter-çilər tərəfindən qurulan və cəmi bir neçə həftə əvvəl qapalı beta olaraq istifadəyə verilmiş Spill-də 100.000-dən çox insan bu həftə sonu yeni hesablar yaradıb.
Twitter qurucusu Jack Dorsey tərəfindən maliyyələşdirilən Bluesky də gözəl bir həftə sonu keçirib. Bluesky-in istifadəçilərinin sayı cümə günü təxminən 184.000 istifadəçidən bazar ertəsi təxminən 238.000 istifadəçiyə yüksəlib.
Twitter-in alternativi olan The Post, Twitter istifadəçilərinin limit problemləri ilə üzləşməyə başladığı şənbə günündən bəri gündəlik aktiv istifadəçilərin 4 dəfə, yeni qeydiyyatdan keçənlərin isə 10 dəfə artdığını açıqlayıb. Şirkət istifadəçilərin dəqiq sayını açıqlamaqdan imtina edib.
Mastodon, Twitter-in rəqibləri arasında seçilməyi bacaran başqa bir sosial media platformasıdır. Mask Twitter-i satın almadan əvvəl Mastodon-un aylıq təxminən 380.000 aktiv istifadəçisi var idi. Açıq mənbəli vahid platforma iki ay ərzində 2,5 milyon aktiv istifadəçiyə çatıb.
Facebook və Instagram-ın daxil olduğu Meta şirkətinin Twitter-ə rəqib olaraq qurduğu Threads platformasının cümə axşamı günü istifadəyə veriləcəyi açıqlanıb. (Marja)