«Twitter» sosial şəbəkəsinin sahibi, tanınmış amerikalı iş adamı İlon Mask şəbəkədə mədumatların oxunma sayı ilə bağlı yeni qaydalar və limitlər tətliq edib.
"İnstagram"dakı qızların 80%-i şəkillərini filtrləyir – AVROPADA NƏZARƏT BAŞLAYIR
Fırıldaqçılar Telegram-da məlumatları necə ələ keçirirlər? – HESABI QORUMAQ ÜÇÜN – 3 VACİB QAYDA
FED.az xəbər verir ki, iş adamı bunu istifadəçi məlumatlarının toplanmasının qarşısını almaq, eləcə də sosial şəbəkədə xəbərlərlə manipulyasiyanın qarşısını almaq üçün olduğunu bildirib.
Bunun üçün ilk dəfə olaraq «Twitter»də bir istifadəçinin gün ərzində məlumatları görməsi və ya oxuması sayına limit qoyulub.
Maskın iyulun 1-də tətbiq etdiyi qaydalara görə, sistemdə verifikasiya olunmuş, yəni «mavi işarə» almış istifadəçilər (hansı ki, ayda 8 dollar ödəyirlər) gündə cəmi 6 min xəbər görüb-oxuya biləcəklər. Adi istifadəçilər 600, «Twitter»ə yeni qoşulanlar isə 300 xəbər oxumaq imkanı qazanacaqlar. Xatırladaq ki, indiyədək bununla bağlı limit yox idi.
Amma üzərindən bir neçə saat keçdikdən sonra Mask limitləri 2 dəfə dəyişib. Əvvəlcə bu rəqəmlər 8000, 800 və 400-ə qaldırılıb, sonra isə oxunma limiti bir qədər də artırılaraq «mavi işarə»si olanlar üçün 10 000-ə, adi istifadəçilər üçün 1000-ə, yeni qoşulanlar üçün isə 500-ə qaldırılıb.