ABŞ prezidenti Donald Tramp, TikTok-a qadağa qoyulması barədə fərman imzalayacağını bildirib.
Eləcə də bax: Bu ölkədə «TikTok» və «WeChat» - QADAĞAN EDİLDİ
FED.az xəbər verir ki, dünən etdiyi çıxışda prezident TikTok sosial media platformasının qadağan edilməsi barədə fərman imzalayacağını açıqlayıb.
TikTok-a qarşı görüləcək tədbirləri çoxdan düşündüklərini vurğulayan Tramp, «ABŞ-da TikTok-a qadağa qoyacağıq» bildirib. Hal-hazırda xüsusi iqtisadi səlahiyyətlərə sahib olduğunu vurğulayan Tramp ya bu səlahiyyətlərdən istifadə edəcəyini və ya TikTok-a qadağa qoymaq üçün prezident sərəncamı imzalayacağını vurğuladı.
Trampın sözlərindən belə məlum olub ki, Tik-Tokun qadağan edilməsi barədə sərəncamlar bu şənbə verilə bilər.