Hindistan hökuməti ölkədə Çinə məxsus olan 29 mobil tətbiqin və sosiaol şəbəkələrin fəaliyyətini qadağan edib.
Eləcə də bax: Rusiyanın məşhur sosial şəbəkəsindən TikTok-a - RƏQİB GƏLİR
FED.az xəbər verir ki, hökumət bu qərarı həmin səhifələrin Hindistanın milli təhlükəsizliyinə, suverenliyi və ərazi bütövlüyünə, eləcə də ictimai asayişə təhlükə yaratması ilə izah edib.
Qadağan olunan servislər və messencerlər sırasında dünyaca məşhur «WeChat», «TikTok», «Kwai», «Baidu map», «Clash of Kings», «Mi Community», «Club Factory», «UC News», «Weibo», «QQ Music», «Mobile Legends» və «UC Browser» var.
Hindistanın bu addımı atmasının səbəbi bir qədər əvvəl Çin ilə münaqişənin yaranmasıdır. Mübahisəli Ladakxe əyalətində baş verən atışmada Hindistan tərəfdən 20 nəfər həlak olub, Çindən isə 43 nəfər xəsarət alıb.