Tramp bu gün sosial şəbəkələrlə bağlı fərman imzalayacaq.
FED.az xəbər verir ki, Ağ Evin sözçüsü Kayleigh McEnany, ABŞ Prezidenti Donald Trampın cümə axşamı sosial media platformalarında bir fərman imzalayacağını açıqlayıb.
Apple, "Feysbuk", "Google", "Twitter" və "Microsoft"-dan - TRAMPA DƏSTƏK
Trampın bəzi sosial media platformalarına, xüsusən də “Twitter”ə qarşı "bağlanmaq" təhlükəsindən sonra, McEnany, atılacaq addımlarla bağlı jurnalistlərin sualını cavablandırıb.
McEnany, Trampın sosial mediaya ilə bağlı bir sərəncam imzalayacağını desə də, lakin fərmanın məzmunu barədə məlumat verməyib.
Tramp və “Twitter” arasında "məlumatın yoxlanması" müzakirəsi
“Twitter” son günlər sosial media platformalarında dezinformasiyanın yayılmasının qarşısını almaq üçün bəzi paylaşımların altına "məlumatların yoxlanılması" etiketini də tətbiq edib. Bu yenilik Trampın çərşənbə axşamı Kaliforniya ştatındakı "uzaqdan səs vermə" ilə bağlı atdığı tvitə də tətbiq edilmişdi.
Xəbərdarlıq gündəmə gəldikdən sonra Tramp “Twitter”dən verdiyi açıqlamada “Twitter”i noyabrın 3-dəki seçkilərə müdaxilə etmək və söz azadlığını məhdudlaşdırmaqda ittiham etmişdi.
Trump “Twitter”dəki yazısında bildirib: "Respublikaçılar sosial media platformalarının mühafizəkar səsləri susdurmağa çalışdıqlarını hiss edirlər. Bunun baş verməsinə imkan verməyəcəyik, bu platformalara ya sərt qaydalar tətbiq edəcəyik, ya da onları bağlayacağıq”.