ABŞ Prezidenti Donald Tramp dövlətin ByteDance-dan Çinin TikTok sosial şəbəkəsinin gəlirlərindən pay alacağını gözlədiyini bildirib.
Eləcə də bax: Trump: «ABŞ-da "TikTok-u qadağan edəcəyik»
FED.az xəbər verir ki, Tramp söylədi, razılaşmanın bu şəkildə mümkün ola biləcəyini söyləyib.
"Gəlirlərin çox əhəmiyyətli bir hissəsi Birləşmiş Ştatların büdcəsinə köçürülməlidir”, deyə ABŞ lideri vurğulayıb.
Bu məsələdə israrlı olduğunu deyən Tramp əks təqdirdə TikTok-un ABŞ-da hələ də casusluq edə biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo ABŞ-ın sözügedən şərq ölkəsinə məxsus "TikTok" və "WeChat" sosial şəbəkələrini bloklamağı qərara alması bu tətbiqlərin, ehtimal ki, istifadəçilərin şəxsi məlumatlarını Çinin müvafiq orqanlarına ötürə biləcəyi ilə əlaqəli olduğunu söyləmişdi.
Pompeonun açıqlamasından sonra Tramp milli təhlükəsizliyə təhdid olduğu üçün ABŞ hakimiyyətinin bu proqramı qadağan etmək niyyətini təsdiqləmişdi. (Apa)