TikTok hələ də ByteDance şirkəti üçün zərər verən layihə olaraq qalır. ByteDance şirkəti TikTok-un sahibidir.
İsveç MN əməkdaşlarına “TikTok”dan istifadəni - QADAĞAN EDİB
FED.az Financial Times-a (FT) istinadən xəbər verir ki, TikTok üzrə zərərə baxmayaraq, ByteDance şirkəti tarixdə ilk dəfə mənfəət üzrə Çinin Tencent və Alibaba şirkətlərini geridə qoyub.
ByteDance şirkətinin faiz, vergi və amortizasiyadan əvvəlki mənfəəti (EBITDA) illik müqayisədə 79% artaraq təxminən 25 milyard dollar təşkil edib. Bu, ByteDance-ı, daha əvvəl müvafiq olaraq 23,9 milyard dollar və 22,5 dollar EBITDA açıqlamış Tencent və Alibaba-nı ötməyə imkan verib.
FT qeyd edir ki, hər iki şirkət uzun illər Çin texnologiya bazarında lider olublar lakin Çin höküməti tərəfindən İT sahəsinə nəzarətin gücləndirilməsi səbəbindən onların böyüməsi yavaçlayıb.
Qəzetin yazdığına görə, ByteDance-ın satışları illik 30%-dən çox artaraq 85 milyard dollara çatıb. "Bu, reklam verənlərin TikTok-a və onun Çin bazarı üçün analoqu olan Douyin-ə daha aktiv şəkildə pul xərcləməyə başlaması ilə əlaqədar olub", - FT izah edir. Nəşrin mənbələri bildirir ki, ByteDance-in beynəlxalq biznesinin satışları iki dəfədən çox artaraq 15 milyard dollara çatıb, şirkətin Çindəki gəlirləri təxminən 70 milyard dollar təşkil edib.
Bundan əvvəl, mart ayında Ağ Ev, ABŞ administrasiyasına milli təhlükəsizlik risklərinə görə ABŞ-da TikTok-u qadağan etmək səlahiyyəti verən qanun layihəsini dəstəkləmişdi. Bununla belə, FT-nin müsahibə verdiyi Byte Dance investorları mümkün qadağanı əhəmiyyətli təhlükə hesab etmirlər, hesab edirlər ki, ABŞ hakimiyyətinin təşəbbüsünü həyata keçirmək çətin olacaq və yəqin ki, “məhkəmələrdə ilişib qalacaq”. (Marja)