İsveç Müdafiə Nazirliyi əməkdaşlara xidməti cihazlarda “TikTok”dan istifadəni qadağan edib.
Britaniyada hökumət işçilərinin telefonunda "TikTok" - QADAĞAN EDİLDİ
FED.az İsveçin “Sveriges Radio” şirkətinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Quna Qraufeld bildirib.
Qərarın verilməsinə səbəb kimi göstərilib ki, proqram Çin şirkətinə məxsusdur, istifadəçi məlumatlarını toplamaq imkanlarına malikdir və sonradan bu məlumatlar Çin dövlət qurumlarının əlinə keçə bilər.
Xatırladaq ki, Avropa Komissiyası və Avropa İttifaqı Şurası bu proqramın öz əməkdaşlarının xidməti telefonlarında istifadəsinə qadağa qoyduğunu elan edib, həmçinin ABŞ və Kanadada da dövlət qulluqçuları üçün eyni qadağa tətbiq edilib. (Apa)