Dünyada sürətlə populyarlaşan yeni sosial şəbəkə – «TikTok»un sahibi olan Çinin «ByteDance» şirkətinin qiyməti 100 milyard dolları keçib.
Eləcə də bax: Koronavirus dövründə populyarlaşan proqramın dəyəri - 50 MİLYARD DOLLARI KEÇDİ
FED.az biznes və maliyyə xəbərləri portalı «Bloomberg»ə istinadən bilirir ki, 2018-ci ildə «ByteDance»nin dəyəri 75 milyard dollar idi və həmin vaxt şirkət 3 milyard dollar cəlb etmişdi. Artıq həmin vaxt bu şirkət dünyada ən bahalı özəl şirkət (yəni səhmləri satılmayan) idi. O vaxtdan indiyədək şirkətin qiyməti 33% artaraq 100 milyard dolları keçib.
Doğrudur, son müqavilələr çərçivəsində «ByteDance» 140 milyard dollar qiyətləndirilib, «amma bunlar özəl müqavilələr olduğuna görə, bütün investorların gözləntilərini doğrulda bilməz»-deyə «Bloomberg» bildirir.
Son illər «ByteDance» güclü internet şirkətinə çevrilib, o cümlədən «TikTok»un məşhurlaşması hesabına. Hazırda «ByteDance»ə məxus olan mobil tətbiqlərin auditoriyasının həcmi, 1,5 milyard nəfərə çatır. Bura «TikTok»un «çinli əkizi» sayılan «Douyin» tətbiqi və yeni xəbər servisi «Toutiao» da aiddir.
Qeyd edək ki, bir qədər əvvəl «TikTok»un yeni baş direktoru vəzifəsinə «The Walt Disney Company»nin top meneceri Kevin Mayer gətirilib.
«Disney»də o Disney+, ESPN+ və Hulu striminq servisləri işə salıb və «21st Century Fox»un alınması kimi iri əməliyyatları reallaşdırıb.