“Zoom” videokonfrans proqramının bazar kapitallaşması ilk dəfə olaraq 50 milyard ABŞ dolları həddini ötüb.
Eləcə də bax: "ZOOM" və "TikTok" hamını qabaqladı - SİYAHI
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin hesablamasına görə, 2020-ci ilin əvvəlindən “Zoom”un bazar dəyəri 30 milyard ABŞ dollarından çox artıb.
Qeyd edək ki, “Zoom Video Communications” servisi 2011-ci ildə ABŞ-da yaradılıb. Bu ilin mart ayında videokonfranslar servisindən gündəlik istifadə edənlərin sayı 200 milyona çatıb.
Oxu