“TikTok Shop” restrukturizasiya və kadr dəyişiklikləri çərçivəsində ABŞ-dəki işçi ştatının ixtisarına başlayıb.
TikTok yaradıcısı Çinin ən varlı adamları siyahısına başçılıq edir
FED.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri daxili korporativ yazışmalara və şirkətin anonimliyini qoruyan əməkdaşlarının ifadələrinə istinadən məlumat yayıb.
Şirkətin ABŞ-dəki elektron ticarət şöbəsinin rəhbərin Mu Tsinə göndərilmiş sənəddə qeyd olunur ki, şirkət bu dəyişikliklərə “komandanın uzunmüddətli inkişafı üçün daha effektiv əməliyyat modellərini yaratmaq yollarını diqqətlə təhlik etmə məqsədilə” gedib.
Çərşənbə günü səhər işçilər iş yerlərinin ixtisarı ilə bağlı bildirişlər almağa başlayıblar. Bəzilərinə iki aylıq inzibati məzuniyyət və şirkətdə iş stajına görə əlavə kompensasiya daxil olmaqla, işdən azad edilən zaman verilən birdəfəlik müavinət təklif olunub. İxtisara məruz qalan işçilərin dəqiq sayı bəlli deyil. (Trend)