ByteDance şirkətinin həmtəsisçisi Çjan İmin Çin biznesmenləri arasında ən varlı şəxsə çevrildi.
Fransada bank işçiləri etiraz edirlər: "Biz varlı deyilik"
FED.az verir ki, Bloomberg agentliyinin məlumatına görə, onun sərvəti 2024-cü ilin əvvəlindən etibarən 13,6 milyard dollar artaraq 57,5 milyard dollara çatıb.
Bu nəticə ilə Çjan İmin Tencent Holdings-in həmtəsisçisi Poni Manı (56,6 milyard dollar) və Nongfu Spring şirkətinin rəhbəri Çjun Şanşanı (54,1 milyard dollar) geridə qoyaraq Çinin ən zəngin adamı olub. Asiyanın ən varlı iş adamları siyahısında isə o, Hindistanlı Mukeş Ambani (90,9 milyard dollar) və Qautam Adanidən (72,3 milyard dollar) sonra üçüncü yerdə qərarlaşıb.
Çjan İminin sərvətinin böyük hissəsi ByteDance şirkətindəki payı ilə bağlıdır. Şirkət TikTok və Douyin kimi məşhur platformaların sahibidir və 2023-cü ildə 110 milyard dollardan çox gəlir əldə edib. May 2024-cü il tarixinə Çjan İmin şirkətin 21%-lik səhminə sahib olub. ByteDance-in bir milyarddan çox istifadəçisi var.
ByteDance 2012-ci ildə Çjan İmin və Lyan Rubo tərəfindən yaradılıb. Şirkətin baş ofisi Pekində yerləşir. 2021-ci ildə Çjan İmin baş icraçı direktor vəzifəsindən istefa verib, bir neçə ay sonra isə idarə heyətinin sədri postunu da tərk edib.
Bu gün ByteDance süni intellekt sahəsində Çin bazarının liderlərindən biridir. Şirkətin Doubao adlı süni intellektli çat-botunun 75 milyon aktiv istifadəçisi var. ByteDance-in məlumatına görə, onun təsvir tanıma modeli bazardakı orta qiymətlərlə müqayisədə 85% daha ucuz başa gəlir və DeepSeek-ə bənzəyir.