Azərbaycanda təmassız POS-terminallar vasitəsilə əməliyyatların həcmində artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin noyabrın 1-nə təmassız POS-terminallar vasitəsi ilə 689 milyon manatlıq əməliyyat aparılıb.
Bu da illik müqayisədə 330 milyon manat (91,9%), aylıq müqayisədə 56 milyon manat (8,8%) artım deməkdir.
Belə ki, POS-terminallar vasitəsilə 2022-ci ilin noyabrın 1-nə 359 milyon manatlıq, cari ilin oktyabrın 1-nə 633 milyon manatlıq əməliyyat aparılıb.