Azərbaycanda təmassız POS-terminallar vasitəsilə əməliyyatların sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin noyabrın 1-nə POS-terminallar vasitəsilə 34 milyon 662 min əməliyyat aparılıb.
Bu da illik müqayisədə 19 milyon 742 min (2,3 dəfə), aylıq müqayisədə 2 milyon 876 min ədəd (9%) artım deməkdir.
Belə ki, 2022-ci ilin noyabrın 1-nə bu növ əməliyyatların sayı 14 milyon 920 min ədəd, cari ilin oktyabrın 1-nə 31 milyon 786 min ədəd olub.