“Telegram” qruplarda audiokonfrans funksiyasını işə salıb. Sosial şəbəkənin verdiyi məlumata görə, bu söhbət otaqlarına eyni anda minə qədər istifadəçi daxil ola bilər.
Eləcə də bax: Virusun Azərbaycanın mobil telefon bazarına təsiri – Qiymətlər Düşüb
FED.az Banker.az-a istinadən xəbər verir ki, səsli söhbət otağını qrup administratoru aça bilər. Bunun üçün “Daha” və “Səsli söhbət otağı” düymələrini basmaq lazımdır. Adi zənglərdən fərqli olaraq, burada vaxt təyin etməyə ehtiyac yoxdur – səsli “chat” hər zaman açıqdır.
Qeyd edək ki, qrupda hansı istifadəçilərin olduğu telefonun (və ya kompüterin) ekranında görünür. Hər bir iştirakçı istədiyi anda söhbətə qoşula bilər. Bununla yanaşı, səsli söhbət otağına qoşulduqdan sonra şəxsi mesaj yazmağa və göndərməyə davam etmək olar. Mikrofonu idarə edən düymələr ekranın üzərində görsənməyə davam edir.